Qazi ilə bağlı çəkilən video trendə çevrildi: izlənmə rekordu vurdu – VİDEO

7651030340763681.png

TikTok sosial şəbəkəsində paylaşılan video ölkədə trendə çevrilib.

araztv.com  xəbər verir ki, Suqovuşana ilk bayrağı sancan qazi İlkin Fərzəliyevin də iştirak etdiyi yumoristik video insanların marağına səbəb olub.

Vayner Rəsul Tahirovun çəkdiyi vaynda bəzi insanların qazilər üzərindən səs-küy salaraq populyarlıq qazanan şəxslərə dəstək olmasına ironiya ilə yanaşılıb.

O, videonu “yanlış insanlara dəstəyə son” başlığı ilə paylaşıb.

Hətta tiktok platformasından imtina edən, ciddi hesab olunan şəxslər də sözügedən vaynı “acı reallıq” başlığı ilə paylaşıblar.

Video bir sutka tamam olmamış sosial şəbəkələrdə milyondan çox baxış toplayıb. 

[bt_youtube url=”‘https://www.youtube.com/embed/iIVNmeL9fnM’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir