“Azercell” gələn aydan bu xidməti də ləğv edir

Azercell loqo 600x400jpg 1624030401

20.02.2023-cü ildən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Zvuk” xidməti ləğv ediləcək.

araztv.com xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.

Göstərilənlərə əsasən, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmətin müvafiq növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, Zvuk – 75 milyondan çox mahnı, HiFi keyfiyyətli musiqi, minlərlə podkast, eksklüzivlər və fərdiləşdirilmiş dalğalar təqdim edən audioxidmətdir.  Günlük abunə üçün xidmət haqqı 0.25 ₼, aylıq abunə üçün xidmət haqqı isə 4.5 ₼ təşkil edir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir