ABŞ Bakı və İrəvana çağırış etdi

abs44.jpg

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Laçın dəhlizindəki vəziyyətdən dərhal çıxış yolu axtarmağa çağırıb.

araztv.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun Tvitter səhifəsində məlumat verilib.

“Dövlət katibinin köməkçisi Donfrid Ararat Mirzoyan və Ceyhun Bayramovu Laçın dəhlizi ilə malların daşınmasına imkan yaratmaq üçün dərhal diplomatik həll yolu axtarmağa çağırıb. O, hər iki naziri davamlı sülhə nail olmaq prosesinə yenidən qoşulmağa dəvət edib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Karen Donfrid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışıqları aparmışdı.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir