“Səndə virus var, mikrofonumu niyə verim?”

1673098563_254238_6etn9y1rtl.jpg

 

Müğənni Nazim Pişiyari küsülü olduğu Kərim Abbasovun ünvanına qalmaqallı sözlər səsləndirib.

araztv.com  Axsam.az-a istinadən xəbər verir  ki, sənətçi aralarında mikrofon davası olduğunu deyib. O, “Şou xəbər” verilişinə açıqlamasında virusdan qorxduğunu bildirib:

“Bu, şəxsi mikrofonumdur. Orada bir neçə mikrofon var, onlardan hansını istəyirsən götür oxu. Lap özünlə götür apar. Bəlkə sən xəstəsən, virus daşıyıcısısan? Bəlkə dodağında xəstəlik var? Tüpürcəyin mikrofonun üzərinə düşə bilər. Şəxsi mikrofonumu sənə necə verim?”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir