Naxçıvanla bağlı mühüm açıqlama

naxcivan5

“Hesab edirəm ki, əslində Azərbaycan Respublikası unitar dövlət olduğundan onun tərkibində başqa bir respublikanın olması düzgün hal deyil”.

araztv.com   Moderator.az-a istinadən xəbər verir  ki, bunu Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilməsi ilə bağlı söz-söhbətlərə münasibət bildirərkən sabiq baş prokuror Əli Ömərov bildirib.

“Unitar dövlətdə idarəçilik sistemi bir mərkəzdən aparılmalıdır. Odur ki, hesab edirəm ki,  Naxçıvanın sovet dövründə bünövrəsi qoyulmuş muxtar respublika statusunun ləğv edilməsi zəruridir. Son dövrdə baş verənlər də sübut etdi ki, bir mərkəzdən idarəçilik daha doğrudur… Və statusun ləğv olunması üçün ölkə üzrə referendum keçirilməli və Konstitusiyada dəyişiklik edilməlidir”- deyə sabiq baş prokiuror vurğulayıb.

araztv.com xəvbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir