Almaniya Ukraynaya “Leopard” tankları verməkdən imtina etdi

tankleopa.jpg

Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.

araztv.com bildirir ki, Bu barədə “RND” nəşri məlumat yayıb.

“Hazırda heç bir ölkə Kiyevi “Leopard 1” və ya “Leopard 2” kimi ağır tanklarla təmin etmir. Buna görə də, amerikalılar, fransızlar, eləcə də biz federal hökumət olaraq bu müharibəyə cəlb ediləcəyimizlə bağlı daim düşünsək düzgün olardı”, – Lars Klinqbayl vurğulayıb.

O əlavə edib ki, Ukraynaya “Marder” piyada döyüş maşınlarının çatdırılması Qərbdən Kiyev üçün razılaşdırılmış dəstək siqnalıdır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir