YAP Nəsimi Rayon Təşkilatının qərargahında, 2022-ci ilin yekunları ilə bağlı tədbir keçirilib

20221230_122054.jpg

 Dekabrın 30-da, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının qərargahında, 2022-ci ilin yekunlarında dair tədbir keçirilib.

20221230_122333.jpg

Bu barədə, qərargahdan araztv.com-a daxil olan məlumatda bildirilir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra, 2022-ci ilin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş olunub.

20221230_121341.jpg

         Tədbiri giriş sözü ilə açan YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, ilin yekunlarına dair geniş məruzə ilə çıxış edib və rayon təşkilatının 2022-ci ildəki fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyasının sonuncu qurultayının və İdarə Heyətinin qərarlarına, Mərkəzi Aparatın tələb və tövsiyələrinə uyğun qurub. Ümumiyyətlə, təşkilat hesabat dövründə, partiyanın Nizamnaməsi və “Yerli təşkilatlar haqqında Əsasnamə”sinin tələbləri çərçivəsində fəaliyyət göstərib.

20221230_122435.jpg

         Məlumatda o da bildirilir ki, bu tədbirin sonunda partiyanın fəaliyyətində fərqlənən bir sıra Ərazi Partiya Təşkilatları və fəalları təşəkkürnamə və fəxri fərmanlarla təltif ediliblər.

Tahir HÜSEYNOV,

araztv.com xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir