Vasif Talıbov retro maşınlarını villasından təcili daşıyıb

vasif5 (3).jpg

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.

araztv.com   Qafqazinfo-ya istinadən bildirir ki, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.

Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb. Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə gətirilməsi ilə bağlı iddialar var.

Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus “Nəşqicahan” holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb. Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir