Vasif Talıbovun qohumunu boşayan zabitin başına oyun açıldı

resize (2).jpg

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla bağlı ortaya yeni faktlar çıxmaqda davam edir.

ara.az  Yeni Sabah-a istinadən bildirir ki,  hətta Talıbovların bəzi əməlləri vəzifədə olan yaxın adamları, klan üzvləri tərəfindən davam etdirilməkdədir. Xəbərə görə AM-in keçmiş sədrinin ən yaxın adamı olan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev bu missiyanı “uğurla” yerinə yetirir.

Əldə etdiyimiz xəbər isə olduqca sensasiondur. Əlahiddə Ümumqoşun Ordusunun zabitlərindən biri (onun təhlükəsizliyi üçün adını açıqlamırıq) Vasif Talıbovun uzaq qohumlarından biri ilə illər əvvəl ailə həyatı qurub. Lakin ailə uğursuz olub və iki ay əvvəl həmin zabit rəsmi olaraq qadından boşanıb. Bununla da onun üçün böyük problemlər başlayıb. Kərəm Mustafayevin əmri ilə o dərhal vəzifəsindən azad olunub, rütbəsindən dəfələrlə kiçik vəzifəyə keçirilib. General eyni zamanda onun rütbəsinin də endirilməsi üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdimat yazıb. 

Bu haqda məlumat verən şəxs bildirir ki, hələlik MN o təqdimatla bağlı heç bir qərar qəbul etməyib. Lakin sözügedən zabit sanki əsrlikdə imiş kimi hərbi hissədə təcrid olunmuş vəziyyətdə taleyi, hərbiçi kariyerası haqda həlledici qərarın necə olacağını gözləyir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir