“Qadan alım, niyə ağlayırsan?”

seymur5.jpg

“Seymur Talıbov atasının istefası səsə qoyulanda ağlayıb. Qadan alım, niyə ağlayırsan? 27 il balaca ömür deyil axı. Bütün bu illər ərzində kef eləmisiniz, bəs deyil?”.

araztv.com   Pravda.az-a istinadən bildirir ki,  bunu yazıçı Kəramət Böyükçöl bildirib.

“Balaca uşaq idim. Atam yağışlı günlərdə dərs dediyi məktəbdən evimizə gələndə yaş corablarını çıxarıb pletkanın altında qurudurdu. Ayaqqabısı su keçirirdi. Müəllim maaşı ağzımızın çörəyini güclə çatdırırdı deyə özünə təzə ayaqqabı ala bilmirdi. Belə əzab-əziyyətlə üç övlad böyüdüb. Şükür, sənin atan əziyyət çəkməyib. Bəs niyə gözlərin dolub?”, – yazıçı qeyd edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir