Gömrük Komitəsində araşdırma aparılır – İşdən Çıxarılanlar Var

_ena_0d502ba5b22fe2f72ad289b3c_o.jpg

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır.

araztv.com   FED.az-a istinadla xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib.

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.

O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir