İŞİD terror təşkilatının tərkibində döyüşən azərbaycanlı kassasiya şikayəti verdi

isid.jpg

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramin Xanmuradov barəsində olan hökmdən kassasiya şikayəti verib.

araztv.com  Pravda.az-a istinadən bildirir ki,  hökmdən narazı qalan məhkum Ali Məhkəməsinə müraciət edib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası dekabrın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

araztv.com xəbər portaalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir