ŞOK İDDİA! Vasif Talıbov Rusiyanın casusudur, hələ də…

vasif665 (2).jpg

“Vasif Talıbov Rusiyanın agenti idi”.

araztv.com  Musavat.com-a istinadən  xəbər verir ki, bu sözləri jurnalist Heydər Oğuz deyib.

O bildirib ki, “5-ci kolon” V.Talıbovu hakimiyyətə gətirmək istəyib:

“Hələ də rus hər an qayıda bilər düşüncəsi var. Təsəvvür edin ki, “5-ci kolon” V.Talıbovu hakimiyyətə gətirmək istəyib. O, ən önəmli namizədlərdən biri idi. Naxçıvan və Qarabağda eyni anda proseslərin baş verməsi təsadüfi deyil. Azərbaycanın müstəqillik yolunda irəliləməsinin qarşısını almaq üçün bu iki bölgədə vəziyyətə müdaxilə edilirdi. Qarabağın bir ayağı da Naxçıvandır. V.Talıbov bu illər ərzində kommunikasiyalardan danışıb, amma bir dəfə də olsun Zəngəzur dəhlizi ifadəsini işlətməyib”.

Heydər Oğuzun sözlərinə görə, Talıbov əleyhinə ifadə verən vətəndaşlar qorxudulur:

“Naxçıvandakı şikayətçilər DTX-ya müraciət etsələr, yaxşı olar. Hesab edirəm ki, Talıbovun dövrü bitib. Naxçıvanda heç bir dövlət idarəsində Azərbaycan Respublikası adı yazılmayıb. Naxçıvan da Qarabağ kimi Azərbaycanlaşdırılmalıdır”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir