Ali Məhkəmədə jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
araztv.com Pravda.az-a istinadən bildirir ki, hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.
Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsəsən, jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından isə 20 faiz dövlət hesabına köçürməlidir. Hökmdən narazı qalan Cəmil Məmmədli apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.