Rus ekspert Laçın yolundakı piketlə bağlı: “Ermənistan tezliklə…”

dd97bf8f7dbb48691657df3184fc22e6.jpg

“Ermənistan hakimiyyəti tezliklə Qarabağın dağlıq hissəsini tərk edəcəyini anlayaraq buradan təbii sərvətlərin daşınmasını artırıb”.

araztv.com bildirir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

“Qarabağda vəziyyət gərginləşib. Azərbaycanlı ekoloqlar Şuşada yolda (Laçın yolunda) piket keçirərək Ermənistan hakimiyyətindən mədəndən qızıl filizinin Qarabağdan daşınmasını dayandırmağı tələb edirlər. Azərbaycanda hər kəs bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən talan edilməsi hesab edir. Ermənistan hakimiyyəti isə tezliklə Qarabağı (dağlıq hissəsini) tərk edəcəyini anlayaraq resursların daşınmasını artırıb”, – ekspert bildirib

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir