Sülhməramlılar danışıqlar aparır -Laçın yolu ilə bağlı

1670953059_20221213094137-18548-89.jpg

Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.

araztv.com bildirir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Danışıqların Laçın dəhlizi ilə mülki avtomobillərin hərəkətini bərpa etmək məqsədilə aparıldığı bildirilir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri etiraz aksiyası keçirir.

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir