Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladı

resize (8).jpeg

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən azərbaycanlı QHT nümayəndələrinin və aktivistlərin iştirakı ilə Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiya keçirilir. 

araztv.com xəbər verir ki, aksiya iştirakçıları Xankəndiyə gedən yolu bağlayıb. Bu barədə saytımıza hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev məlumat verib. O, hazırda Xankəndiyə gedən yolun üstündə 3 çadırın qurulduğunu bildirib. 

“Tələblərimiz yerinə yetirilməyincə yolu açmayacağıq” – deyə jurnalist qeyd edib. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir