Avtomobil Nəqliyyat Xidmətinin Lənkəran Regional İdarəsi ilə bağlı mənimsəmə ittihamları var

2745159B-4739-47EE-B29C-5D65BF4C0523.jpeg

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Lənkəran Regional İdarəsində maxinasiyalarla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.

araztv.com  Azinform.az-a istnadən bildirir ki, sözügedən idarədə toplanan vəsait fərdi qaydada yığılır. Qanunvericiliyin tələbi heç bir halda icazə vermir ki, fərdi şəkildə vətəndaşlardan pul toplanılsın. Mənbə daha sonra əlavə edir ki, regional idarədə 15-20 min manat toplanan halda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsinə cəmi 2000 manat köçürülür. Məlumatın ciddiliyini nəzərə alıb, bəzi araşdırmalara başladıq. Onu da nəzərinizə çatdıraq ki, 7 rayonu təmsil edən regional idarənin kifayət qədər problemləri var. Lənkəran rayonunda taksi fəaliyyəti ilə məşğul olan 1000-dən artıq vətəndaşdan 30-35 manat ödəniş alınır. Riyazi hesabla, tək taksi fəaliyyətindən gələn gəlir 35000 manatdan artıq təşkil edir. Görünən tərəf budur ki, 7 rayondan toplanan vəsait şəxsi ciblərə gedir.

Foto: Elvin Hüseynov

Məhz bu mövzü ilə bağlı Lənkəran Regional İdarənin rəisi Elvin Hüseynovla əlaqə yaratdıq. Onun məsələyə münasibəti belə oldu: “Əvvəla məlunat sizə kim tərəfdən gəlib? Bütün hallarda mən iddiaları qəbul etmirəm”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəhbərlik edən hörmətli Rəşad Nəbiyevin diqqətinə çatdırırıq ki, idarə rəisi E. Hüseynovun işi araşdırılsın.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir