Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ÖLÜM HADİSƏSİ…

big_1670525779_samx.jpg

Şəmkir rayon  Suvarma  İdarəsində ÖLÜM HADİSƏSİ…

 araztv.com   NUH.az-a istinadən bildirir ki, dünən səhər saatlarında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  ( ASC ) tabeçiliyində  olan Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ölüm hadisəsi  baş verib.

Belə ki, Şəmkir rayon  Suvarma Sistemləri İdarəsində çalışan Əhmədov  İlkin Hidayət oğlu  artezian quyulara baxış keçirərkən  yüksək elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə ilə bağlı  Şəmkir rayon Suvarma Sistemləri  İdarəsi ilə telefon əlaqəsi  ((022) 304 60 01) saxlamağa çalışsaq da telefona cavab verən olmadı.

Məlumat üçün qeyd edək ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Xəlilovdur. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir