Ayətullah Xameneinin dəftərxanası Fitr bayramı gününü açıqlayıb

fitr-bayrami.jpg

Müctəhid Ayətullah Xameneinin dəftərxanasının “İstihlal” idarəsi Fitr bayramı gününün (şəvval ayının biri) həftənin cümə gününə təsadüf edəcəyini bildirib.

İslaminSesi.info İRNA-a istinadla xəbər verir ki, bu barədə müctəhid Ayətullah Xameneinin dəftərxanasının “İstihlal” idarəsinin sədri höccətül-İslam Əhmədi Mərvi məlumat verib.

Bu gün keçirilən mətbuat konfransında Fitr bayramının zamanı haqda açıqlama verən höccətül-İslam Əhmədi Mərvi bildirib ki, həftənin cümə axşamı günü (14 iyun) 120 istihlal qrupu şəvval ayının müşahidə edilməsi üçün iş başında olacaqlar.

“Gözləntilər budur ki, (hava) şəraiti münasib olsa və nəticə əldə edilsə təbii ki, cümə günü şəvvalın biri olacaq. Əgər bunun əksinə nəticə əldə edilsə istihlal idarəsi onu açıqlayacaq” deyə höccətül-İslam Əhmədi Mərvi böyük ehtimalla Fitr bayramı gününün cüməyə (15 iyun) təsadüf edəcəyini bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi də Fitr bayramının 15-ə təsadüf edəcəyini elan edib. (islaminsesi.info)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir