ABŞ Ukraynanı belə aldadıb – HIMARS saxtakarlığı

8230cffb-1d71-40a6-b04d-e878acea8bf8.jpg

ABŞ Ukrayna rəhbərliyindən gizli şəkildə HIMARS raket sistemlərinin atəş məsafəsini azaldıb.

araztv.com bildirir ki,  bu barədə “The Wall Street Journal” (WSJ) nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, amerikalılar atəş məsafəsini azaltmaq üçün HIMARS raket sistemlərini dəyişdirib. Bu addım Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəfləri vurmaq üçün reaktiv sistemlərdən istifadə edə bilməməsi məqsədilə atılıb.

Pentaqonun, Ağ Evin və Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri WSJ-nin məlumatlarını şərh etməkdən imtina ediblər.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir