Naxçıvanda bu qurumlar ləğv edilir – Millət vəkili

vahid-ehmedov-yeni.jpg

Naxçıvanda müstəqil fəaliyyət göstərən bütün dövlət qurumları, xüsusi ilə hüquq-mühafizə orqanları ləğv edilməlidir.

araztv.com  Axar.az-a istinadən bildirir ki, bu sözləri DTX-nin Naxçıvanda apardığı aktikorrupsiya əməliyyatları və ortaya çıxan külli miqdarda yeyintilərlə bağlı danışan millət vəkili Vahid Əhmədov deyib.

“Ləğv edilən qurumların əvəzinə birbaşa Bakıya tabe olan baş idarələr yaradılmalı, bütün təyinatlar da mərkəzlə razılaşdırılmalıdır.

Naxçıvanda çox ciddi maliyyə pozuntuları var. Söhbət olduqca böyük məbləğlərdən gedir. İndi dövlət başçısının göstərişlərinə uyğun olaraq yoxlamalar aparılır. Hesab edirəm ki, yekunda hamımız ətraflı şəkildə Naxçıvanda son illər nələr baş verdiyini biləcəyik”.

Qeyd edək ki, DTX Naxçıvanda genişmiqyaslı antikorrupsiya əməliyyatı aparır. İndiyə qədər yalnız Gömrük Komitəsi və Maliyyə nazirliyində müvafiq olaraq 132 və 144 milyonluq yeyinti aşkarlanıb.

Naxçıvan Gömrük Komitəsi və DTX-sı ləğv edilib, əvəzində mərkəzə tabe baş idarələr yaradılıb.

Hazırda əməliyyatın vergilər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparıldığı haqda məlumat yayılıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir