Vasif Talıbovun müavini və daha bir nazir saxlanıldı – Təcili

vasif-talibov.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Naxçıvan MR-in daxili işlər naziri Rəşad İsmayılovun vəzifədən azad edildiyi və saxlanıldığı haqda məlumat yayılıb.

araztv.com  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmçinin Naxçıvanın vergilər naziri Azər Nağıyevin də istintaqa cəlb edildiyi iddia edilib.

Qeyd edək ki, DTX Naxçıvanda geniş antikorrupsiya əməliyyatı aparır. Bu vaxta qədər Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aşkarlanan külli miqdarda (müfaviq olaraq 144 və 132 milyon manat) yeyinti faktının aşkara çıxmasından sonra hər iki qurum ləğv edilib və onların bazasında mərkəzə tabe olan baş idarələr yaradılıb.

Ötən gün Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də əməliyyat keçirildiyi məlumatı yayılmışdı.

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir