Atası azərbaycanlı olan general Xankəndidə yüksək “vəzifə“yə gətirilir

123824935_714492832492177_6107626911943943844_n.jpg

Xankəndindəki “siyasi dairələr” iddia edir ki, 2020-ci il mayın 29-da  Azərbaycan torpağındakı seapartçı-terrorçu rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin  qanunsuz direktoru vəzifəsinə təyin edilən və II Qarabağ müharibəsindən sonra bu vəzifəsindən azad edilən general-mayor Kamo Ağacanyan yenidən Xankəndində güc strukturlarından birinə rəhbər təyin oluna bilər. Söhbət polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifələrindən gedir. 

araztv.com  Moderator.az-a istinadən  xəbər verir ki, bu haqda ““Hraparak” qəzeti  məlumat yayıb.

Erməni nəşri vurğulayır ki, mətbuatda dərc olunan məlumatlara görə, Kamo Ağacanyan azərbaycanlı köklərə malikdir. “1990-cı illərdə ailə iki hissəyə ayrılıb; atası Azərbaycana gedib, anası oğlunun yanında Qarabağda qalıb. Ağacanyanın atasının evi Hadrut rayonunun(Xocavənd-S.L.) Uxtadzor (azərbaycanca Edilli) kəndindədir. 30 il öncə azərbaycanlı kökləri ilə bağlı jurnalistlərə deyibmiş ki, Kamonun atası Kərimovdur, arvadının Kərimovdan uşaqları var, bəzilərinin adı türkcədir. 90-cı illərdən sonra bütün adlar dəyişdirilib, Kərimovlar Ağacanyan olublar”- erməni nəşri yazır.

“Bu və ya digər şəkildə, Azərbaycan kökləri olan Ağacanyanın milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə təyin edilməsi, xüsusən 44 günlük müharibədən və Artsaxın 75 faizinin Azərbaycana verilməsindən sonra müxtəlif müzakirələrə səbəb oldu. Bəziləri bu təyinatın təsadüfi olmadığına inanırdılar.

İndi də Ağacanyanın dövlət aparatına mümkün qayıdışı xəbəri həm Artsaxın siyasi və ictimai dairələrində, həm də sadə vətəndaşlar arasında narahatlıq doğurur, çünki insanlarda Nikol Paşinyanın Qarabağla bağlı sui-qəsd planının  oraya “ezam olunmuş” “sadiqlər” tərəfindən həyata keçirildiyinə şübhələr var” -daha sonra Ermənistan qəzeti belə yazır. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir