Bu dövlətlər birgə hərbi təlim keçirib

 
1668780745.jpg
Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin pilotları döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.
 
araztv.com bildirir ki,  bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələri tviter səhifəsində paylaşım edib.

Bildirilib ki, hərbi təlimlərdə Yaponiyanın 3 “F-15” qırıcısı, ABŞ-ın isə 4 “F-16” qırıcısı iştirak edib. Təlimlərin məqsədi Yaponiya-ABŞ alyansının qabaqlayıcı potensialını artırmaq olub.

“Kyodo” xəbər agentliyinin məlumatına əsasən, bu təlimlər Tokio və Vaşinqtonun Şimali Koreyanın raket buraxılışına reaksiyası olub.

 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir