Elmar Vəliyev qayıtdı: Bakıda böyük biznesə başladı

416043345_0_0_1280_723_1920x0_80_0_0_6cdba17ff465f1e1493af0f90014d288.jpg

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən xəbər var.

araztv.com   Gununsesi.info-ya istinadən bildirir ki, sabiq icra başçısına  Elmar Vəliyev Bakıda tikinti biznesinə başlayıb.

Onun bu iş üçün Türkiyədən gəlmiş iş adamları ilə ortaq razılaşmasının olduğu deyilir.

Vəliyevə yaxın mənbə onu da bildirib ki, sabiq başçının anlaqsız olması barədə cəmiyyətdəki fikir yanlışdır.

“Elmar Vəliyev gününün bir neçə saatını özünə məxsus ofisdə keçirir. Görüşləri olur, biznesini idarə edir” deyə mənbə əlavə edib.

Qeyd edək ki, Elmar Vəliyevin vəkilləri  ona qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərovun məhkəməsinə sabiq başçının anlaqsız olmasına dair həkim rəyi təqdim etmişdilər.

Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası prosesləri Elmar Vəliyevin iştirakı olmadan aparıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir