Prezident tapşırıq versə də, “Azəriqaz” hələ də işini görmür – DEPUTAT

1668689474_fotojet-2022-08-14t092626.098.jpg

Saatlıda hələ də 11 kənd qazlaşdırılmayıb. Bunu Milli Məclisin dünən  keçirilən plenar iclasında, büdcə müzakirəsində deputat Əziz Ələkbərli deyib.

“Saatlının 44 kəndi var. 11 kəndi qazlaşdırılmayıb. Rayonda qazlaşdırılma 4 ildə bir dəfə icra olunur. Belə çıxır ki, bundan sonra 40 il vaxt lazımdır ki, Saatlıda qaz problemi həll olunsun. Bilmirəm “Azəriqaz” İB nə fikirləşir. Ancaq 2011-ci il prezident Saatlıda rayon əhalisi ilə görüşüb. Orada aiddiyatı qurumlara tapşırıq verib ki, 2012-ci ilin sonuna kimi qazlaşdırma problemi 100 faiz olmalıdır. Çünki oraa dağlıq kənd yoxdur. Elə kəndlər var ki, qaz xətti kəndin girişinə kimi çəkilib,lakin evlərə verilmir. Televiziya və aiddiyatı qurumlara şikayət etməyən qalmayıb. Azəriqaz isə susur”, deputat bildirib.

Əziz Ələkbərli qazın olmaması belə vəziyyətdə təklif edib ki, bu cür olan halda vətəndaşlara alternativ yanacaqlardan güzəştli şəkildə istifadəsinə icazə verilsin.
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir