İstanbuldakı terroru törədən qadın danışdı: 40 dəqiqə…

terr554.jpg

Taksim meydanında terror törədən qadın bəzi etiraflar edib.

araztv.com  Azxeber.com-a istinadən bildirir ki, Taksimdə təşkil etdiyi bombalı hücumda 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olan suriyalı terrorçu Ahlam Albəşirin ilk açıqlaması ortaya çıxıb.

Terrorçu Albəşir 40 dəqiqə “Hacı” kod adlı terrorçudan təlimat gözlədiyini etiraf edib.

Saat 15.17-də Taksim meydanında gəzərək İstiqlal küçəsinə daxil olan terrorçu Ahlam Albəşir saat 15.30-da partlayışın baş verdiyi sahildə oturub. O, skamyada 40 dəqiqə təlimatın gəlməsini gözlədiyini etiraf edib.

Qeyd edək ki, İstanbul şəhərinin Taksim meydanında terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir