Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandakı 19 ailə ilə bağlı qərar qəbul etdi

avropa4.jpg

“Avropa İnsan Hüquqları Məhkəməsi hüquqlarını müdafiə etdiyim 19 müxtəlif ailəyə aid 83 ailə üzvünün taleyinə təsir edən qərar qəbul edib. Mehdiabad qəsəbəsində aqrar islahat komissiyası tərəfindən ailə üzvlərinə verilmiş torpaqları dövlət orqanları tərəfindən qanunsuz olaraq əllərindən alınıb və kompensasiya verilməyib. Avropa Məhkəməsi bu gün qərar qəbul edərək mülkiyyət hüququnun pozuntusunu tanıyıb”.

araztv.com-ın xəbərinə görə, bunu vəkil Aqil Layıc bildirib.

A.Layıcın sözlərinə görə, ərizəçilərin zərərlərinin çox olmasını nəzərə alan məhkəmə kompensasiya hissəsində tərəflərə vast verib ki, anlaşsınlar: “Əks halda kompensasiya hissəsində də məhkəmə qərar qəbul edəcək. Onsuz da hazırki vəziyyətdə bir çox insanların son ümid yeri məhkəmələrimiz deyil, Avropa Məhkəməsidir… Gec olsa da, ədalət yerini tapır…

araztv.com xəbər portalı.”

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir