Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət edib

16679144481.jpeg
 
Bu gün Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Zəfər Günü münasibətilə hər iki Şəhidlər Xiyabanını ziyarət edib. 
 
araztv.com  xəbər verir ki, Zəfər Günündə İcma üzvü Afidə Əhmədovanın qardaşı, birinci Qarabağ savaşının şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun xatirəsi yad olunub,  məzarı üstünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şura üzvləri II Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.
 
ZİZƏLƏKBƏRLİ1
Ziyarət əsnasında bır sıra şəhid ailələri ilə  səmimi söhbətlər aparılıb, şəhidlərimizin xatirələri anılıb. Böyük Zəfərin əldə olunmasında danılmaz xidmətlərindən, xalqımızın şəhidlərə olan ehtiramından və hər bir azərbaycanlının qəlbində ən yüksək məqamda olmalarından  bəhs edilib. Şəhid ailələri Müzəffər Ali Baş Komandana onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
LƏKBƏRLİ 2 Cİ
Ziyarət zamanı icma üzvləri bir sıra televiziya kanallarının müxbirlərinə müsahibə verərək, Zəfər sevinclərini bölüşüb, Azərbaycan xalqının öz prezidenti ətrafında sıx birləşdiyini qeyd edərək daha böyük uğurlara, qələbələrə imza atılacağına  əminliklərini bildiriblər
CÜNCÜƏLƏKBƏRLİ E3 CU
 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir