Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

turkiyexin.jpg

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

araztv.com  xəbər verir ki, bununla bağlı Türkiyə XİN bəyanat yayıb.

“İşğal altındakı torpaqlarını qəhrəman mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – bəyanatda deyilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir