Azərbaycan Mətbuat Şurasında Türkiyədən olan qonaqlarla görüş keçirilib

     IMG 1881 copy 648x432

 Azərbaycanda səfərdə olan İğdır Aralıq Bələdiyyəsinin başqanı, AK Partinin tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri — Bahri Önal, Murat Ekinci, Metin Akkuş, Fatih Keklik, həmçinin türkiyəli qonaqları müşaiyət edən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev Azərbaycan Mətbuat Şurasında olublar. Bu barədə, qurumdan araztv.com-a daxil olan məlumatda bildirilir ki, MŞ sədri Rəşad Məcidlə yanaşı, Şuranın İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərlinin, Yeganə Hacıyevanın və Aqil Ələsgərin qatıldıqları bu görüşdə, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin müxtəlif aspektlərindən söz açılıb. Mövcud xüsusda o da bildirilib ki, əgər Azərbaycanın müstəqilliyinin ilk 10 ilində media əlaqələri daha çox fərdi səciyyə daşıyırdısa, sonrakı mərhələdə, ayrı-ayrı qurumlar arasında da, təmaslar güclənib. MŞ sədri Rəşad Məcid isə, bu baxımdan qarşılıqlı jurnalist səfərlərinin reallaşdırılmasının, təcrübə mübadiləsinin genişlənməsinin əhəmiyyətindən söz açaraq, məmnunluğunu ifadə edib.

        Məlumata görə, bu görüşdə, Azərbaycan, Türkiyə və ümumilikdə Türk Dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində, iki qardaş ölkə mediasının, jurnalist birliklərinin əməkdaşlığının mühüm tərəflərindən söz açılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
araztv.com xəbər portalı. 
 
IMG 1883 copy 648x432
 
 IMG 1882 copy 648x432
 
 IMG 1886 copy 648x432
 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir