Elşad Hacıyev: “Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın”

elsad55Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial media istifadəçilərinə və jurnalistlərə müraciət edib.

araztv.com-ın xəbərinə görə, E.Hacıyev azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağı tövsiyə edib.

“Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir. Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa, bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur” – o qeyd edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir