Bakıda su borusu partladı: Ətrafı su basdı – YENİLƏNDİ

su

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-dən verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.

***

08:20

Bakının Yasamal rayonunda su borusu partlayıb.

araztv.com   xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/sjo6_zLk7eg'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir