Bayden: “Rusiya nüvə başlığından istifadə etsəydi, inanılmaz dərəcədə ciddi səhv edərdi”

bayden jpg 1597517435Ukraynadakı hərbi əməliyyat zamanı Moskvanın taktiki nüvə silahından istifadə etməsi ciddi səhv olardı.

araztv.com  xəbər verir ki, belə bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

“Bircə onu deyim ki, Rusiya Ukraynada taktiki nüvə başlığından istifadə etsəydi, inanılmaz dərəcədə ciddi səhv edərdi. Bunun yalançı bayraq əməliyyatı olduğuna hələ zəmanət verə bilmərəm. Mən onu bilmirəm. Yenə də böyük səhv olardı”, – o bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası əsirlərin dəyişdirilməsi məsələsi ilə bağlı Rusiya hakimiyyət orqanları ilə daim əlaqə saxlayır, lakin hələlik müsbət cavab almayıb:

“Britni və digərlərinin azad edilməsi üçün Rusiya hakimiyyəti ilə daim əlaqə saxlayırıq və hələ ki, müsbət cavab almamışıq. Amma biz dayanmaq fikrində deyilik”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir