YAP-a məcburi qəbul dayandırılıb, boşanmış qadınlara isə vəzifə tutmaq yasaqlanıb

yapyeni

Azərbaycanın hakim Yenı Azərbaycan Partiyasına vətəndaşların məcburi şəkildə üzv qəbul olunması dayandırılıb.

araztv.com  xəbər verir ki, bu barədə Gununsesi.info-ya YAP İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən biri deyib.

YAP rəsmisinin sözlərinə görə, bu barədə göstəriş partiyanın rəhbərliyi tərəfindən rayon-şəhər təşkilatlarına verilib.

Təlimata görə, partiyaya üzvlük üçün  müraciətlər isə fərdi qaydada araşdırdıqdan sonra qərar verilir.

Ancaq hakim partiya fəalları arasında narahatlıq doğuran bir məqam da yaranıb.

Belə ki, ailəsindən boşanmış xanımların partiya strukturlarında hər hansı bir vəzifə tutmasına qadağa qoyulub.

Bir neçə rayon-şəhər təşkilatında ali təhsili olan və siyasi təcrübəsi olan xanımlar ailəsindən boşandığı üçün YAP Mərkəzi Aparatı onların işlə təmin olunmasına razılıq verməyib .

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir