Rominanın uğrundan Komitə sədri Fuad Muradova pay düşürmü?

F24AC81B 8C00 4B38 B63E 9A2768CA0DC8 637x330Bir neçə gündür ki, sosial şəbəkələrin bizə aid olan seqmenti İsveçin iqlim və ətraf mühit naziri təyin olunan Romina Purmoktaridən yazır. İranəsilli sayıldığı üçün, onun etnik azərbaycanlı olduğunu iddia edənlər bu xəbəri böyük sevinclə paylaşırlar.

Ən qəribəsi budur ki, Fuad Muradovun diaspor siyasətinə dəstək verən saytlar, jurnalistlər və blogerlər İsveçdə doğulub boya başa çatan, miliyyəti hələ tam məlum olmayan, Azərbaycan dilində bir kəlmə də olsun bilməyən bu xanımın uğurunu beynimizə Azərbaycan diaspor siyasətinin və az qala Fuad Muradovun uğuru kimi sırımaq istəyirlər.

Narahat olmayın, bizim diasporumuzun dəstək verdiyi adamlar xaricdə dövlətin ayırdığı pullar hesabına özlərinə bahalı plastik əməliyyatlar etdirir, Türkiyənin kurort yerlərində vilalalar alırlar. Onlar yaşadığı cəmiyyətlərə inteqrasiya edilməkdə maraqlı deyillər. Çünki dolanışıqları Azərbaycanla əlləşməkdən çıxır.

Yerdə qalanları isə Diaspor Komitəsinin ayırdığı puldan pay əldə etmək üçün, bir-birlərini qırırlar. Hətta bu xanımın qanı bizdən olsa belə, onun Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur. Özünüzə başqa uğur hekayələri axtarın!

Məhəmmədəli QƏRİBLİ.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir