Son günlər radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktları törədən ermənilərin bu, ilk belə hərəkəti deyil. Azərbaycan irsinin məhv edilməsi siyasətinə isə dünya hələ də susur. Buna elə UNESCO missiyasının səfərinin hələ də baş tutmamasını misal göstərə bilərik. UNESCO niyə susur?
araztv.com-ın xəbərinə görə, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirir ki, dünya ermənilərin etdiyi vəhişiklərdən xəbərdardır, lakin özünü korluğa vurur:
“Mən ermənilərin torpaqlarımızdakı vandallıqlarından təkcə bizim xəbərdar olmağımız, dünyanın isə hələ də xəbərsiz olması fikri ilə razı deyiləm. Elə olsaydı, dünya leksikonuna “erməni xəstəliyi” deyilən bir anlayış daxil olmazdı. Ümumiyyətlə, ermənilərin tarix boyu törətdiyi vəhşiliklər, alçaqlıqlar barədə dünyanın müxtəlif xalqlarının tarixi şəxsiyyətləri bir çox düşündürücü fikirlər söyləyiblər. Həmin fikirlərdə ermənilər dünyanın ən yaramaz, əxlaqsız, riyakar, xəyanətkar milləti kimi xarakterizə olunublar. İndi dünya özünü elə aparır ki, guya erməniləri tanımır, guya regionda baş verən hadsələrdən bir o qədər xəbərdar deyil. Şair demişkən, “kimi aldadırsan, a zalım oğlu?”. Kosmosdan avtomobillərin nömrəsini oxuyan, necə deyərlər, toyuğun altında yumurtaları sayan supergüclər necə olur ki, ermənilərin yerlə-yeksan etdiyi kəndləri, şəhərləri görmür, kütləvi qətl və qarətlərdən xəbərsizdir? Görür, sadəcə özünü korluğa vurur. Fransa prezidenti Makron kimi iki ayağını bir başmağa soxub deyir: “dədəm də ermənidir, anam da”.
O ki qaldı son günlər azərbaycanlılara məxsus qəbirlərin ermənilər tərəfindən dağıdılması barədə yayılan videolara, bu, nə birinci faktdır, nə də sonuncu. Ermənilərin 30 il işğal altında saxladıqları ərazilərimizdə qəbirlərimizə qarşı törətdikləri vandallıqları bu torpaqlar işğaldan azad edildikdən sonra əyani şəkildə gördük, dünya da gördü. Nə dəyişdi? 100 il bundan əvvəl qondarma erməni soyqırımına göz yaşları axıdan ABŞ Konqresinin Aşağı Palatasının 82 yaşlı sədri Nensi Pelosinin kirpikləri nəmləndimi? Halbuki illərdir haray çəkirik ki, Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində təkcə 1988-1991-ci illər deportasiyası zamanı düşmən işğalı altında 500-dən artıq qəbiristanlığımız qaldı və bu gün o qəbiristanlıqların 90 faizi erməni vandalları tərəfindən yer üzündən silinib, əksəriyyəti vəhşicəsinə şumlanaraq əkin sahələrinə çevrilib. Lakin təəssüf ki, UNESCO-ya bu barədə dəfələrlə müraciət olunsa da, təkidlə yaxasını qırağa çəkir, erməni vandallıqlarını etiraf etməkdən imtina edir”.
Deputat qeyd edir ki, bu məsələdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Diaspora Komitəsi fəallıq göstərməlidir. Ermənilərin xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri faktlarla masa üzərinə qoyulmalıdır:
“Son 200 ildə ermənilərin xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri faktlarla, sənədlərlə sübut edib masa üzərinə qoymalıyıq. Bu həqiqətləri əvvəlcə öz xalqımıza, yetişən nəsillərimizə öyrətməliyik, çünki düşmənini tanıyan bir millətə heç bir qara qüvvə qalib gələ bilməz. Bu məsələdə hər bir qurumun və hər bir vətəndaşın üzərinə tarixi vəzifə düşür. Xüsusilə, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi bütün gücünü səfərbərliyə almalıdır. Sonra da bu həqiqətləri yorulmadan dünyanın hər tərəfində təbliğ etməliyik. Bu işdə isə Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin üzərinə xüsusi yük düşür. Bir də yaddan çıxarmamalıyıq ki, erməni elə bir millətdir ki, ona güzəşt etdikcə qudurur!”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.