Elm və Təhsil Nazirliyi tənqid olundu – “Tövsiyyə”, “Pisxoloq”… – FOTO

tehsil2“Oktyabrın 18-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tədbir keçirib. Tədbirdə rəsmi şəxsləri slayd əsasında çıxış – təqdimat edib. Müəllimi “şaftalı”, “asfalt” sözünü düzgün yaza bilmədiyinə görə təhqir edən qurum, 2 səhifəlik slaydda 2 səhifəlik səhv buraxıb…”

araztv.com  Pravda.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

“Öz gözünüzdə tiri görməyib, başqasında çöp axtarırsınız? Slayd başdan ayağa səhv yazılıb. Bəs öz işçiləriniz düzgün yaza, oxuya bilmir, buna nə deyək? Görün nə qədər sözü düzgün yaza bilməyiblər. Xarici dildən  hansısa mənbədən material götürüb “Google translate” ilə tərcümə edib tədbir keçirirlər. Hələ utanmadan bunu rəsmi sayta yerləşdirirlər” – K.Əsədov qeyd edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir