Azərbaycan bu şəxsi İnterpol xətti ilə axtarır

axtar5Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

araztv.com  APA-ya istinadən bildirir ki, bu barədə İntepolun saytında məlumat qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.

Onun barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir