Ağasif Şakiroğlu AVP-nin GAP-a birləşəcəyi iddiasından danışdı: “Hər bir siyasi partiyaya qucaq açmaq iqtidarındayıq…”

agasif23

“Mən də bu barədə Ana Vətən Partiyasının (AVP) üzvlərindən eşitmişəm. Bu, sıravi üzvlərin təşəbbüsüdür, ya partiya rəhbərliyinin bilmirəm… Amma istənilən halda ölkəmizdə siyasi partiyaların gücü artırılmalı olduğunu düşünürəm. Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının geniş konsepsiyası, siyasi hədəfləri mövcuddur. Təbii ki, bizə birləşmək istəyən hər bir siyasi partiyaya qucaq açmaq iqtidarındayıq. İstər Ana Vətən Partiyası olsun, istərsə də digərləri…”

araztv.com  Pravda.az-a istinadən xəbər verir ki, bunu  Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu hesab edir ki, AVP-də Arzuman Abdulkərimov kimi potensiallı kadrlarla dövlətə fayda vermək olar: “Hər halda belə bir təşəbbüs olarsa, partiyanın idarə heyyətində müzakirə edə bilərik. Gələcək Azərbaycan Partiyası adı altında fəaliyyət göstərmək istəyən hər kəsə meydan verilməsində hər hansısa bir problem yoxdur. Belə bir təşəbbüs olarsa heç şübhəsiz ki, birləşmiş partiyanın parlamentdə təmsilçilik məsələsinə də baxılmalıdır. Birləşmiş partiyanı parlament tribunasında gənc nəslin nümayəndəsi olaraq Arzuman Abdulkərimov daha yaxşı təmsil edə bilər”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir