Ermənistandan Türkiyəyə BAŞSAĞLIĞI

turkiye ve ermenistan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartın şəhərindəki partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

araztv.com  xəbər verir ki, bu barədə o, özünün Twitter hesabında məlumat paylaşıb.

“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, – Mirzoyan qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir