Tarixi ədalətin bərpa edilməsi zamanı gəlmişdir

p1ek15ahhfbqi1d4m12vop861pif61980-ci illərin sonlarından Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilərin, Ermənistan SSR-in (Qərbi Azərbaycan) rəhbərliyi və xaricdəki erməni diasporunun Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, etnik zəmində təxribatları və terror əməlləri ilə başlamış münaqişənin ölkəmizə qarşı hərbi təcavüzlə nəticələndi. 1988-ci ilə qədər Ermənistan (Qərbi Azərbaycan) ərazisində kompakt şəkildə yaşayan 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından qəddarlıqla deportasiya edildi, həmçinin bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdü.

1988-1994-cü illəri əhatə edən müharibə zamanı Azərbaycan Respublikasının suverenliyinə qarşı təcavüzkar siyasət konkret cinayətlərin törədilməsi ilə müşayiət olunmaqla Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirmiş, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə iştirakı ilə Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində, Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində və digər yerlərdə dinc əhali amansız şəkildə sistematik etnik təmizləməyə və soyqırımına məruz qalmışlar.

1988-1994-cü illərdə Ermənistan Azərbaycan ərazilərinin işğalı nəticəsində 946 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 665 tibb müəssisəsi, 927 kitabxana, 67 alban kilsəsini dağıdıb. məscidlər, 723 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 5198 km yol, 348 körpü, 7568 km su rabitəsi, 2000 km qaz rabitəsi, 76940 km elektrik xətləri, əkin sahəsi, 163 faydalı qazıntı yatağı, 262 min hektar meşə, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 1200 hektar suvarma sistemləri, 631 milyon kubmetr su anbarı var.

1988-1993-cü illərdə hərbi təcavüz nəticəsində. 30 min azərbaycanlı həlak olub, 3980 nəfər itkin düşüb, 67 min nəfər əlil olub.

Xatırladaq ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli Fərmanlarına əsasən, Ermənistandan (Qərbi Azərbaycan) Azərbaycana 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. 1948-1953-cü illər ərzində Azərbaycan ərazisinə köçürülənlərin sayı 58,2 min nəfər təşkil etmişdir. 1988-1994-cü illərdə isə 250 min insan Ermənistandan zorla qovulub. Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən daha 760 950 nəfər zorla qovulmuşdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Ötən 28 il müddətində Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı.

BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu  illər ərzində münaqişə həll olunmadı.

Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından  istifadə edərək  Ermənistanı  işğal etdiyi əraziləri tərk etməsini tələb edə bilərdilər, lakin tələb etmədilər. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Bu səbəbdən Azərbaycan  xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub.

Dağlıq Qarabağ münaqişəsi öz həllini 10 noyabr 2020-ci ildə,  Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Sazişdən sonra  tapdı. Azərbaycan  Respublikası  Dağlıq Qarabağın işğaldan azad edilməsini öz gücü ilə həll etdi, faşist erməni ordusunu torpaqlarından qovaraq tərk etməyə məcbur etdi.

Müharibə bitdikdən sonra Azərbaycan və  Ermənistan arasında Sülh Müqaviləsinin imzalanması, sərhədlərin demarkasiyası və demilitirizasiyası, kommunikasiyaların açılması istiqamətində  Rusiyanın iştirakı və moderatorluğu ilə üçtərəfli görüşlər, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixlərdə və  Avropa  İttifaqının təşəbbüsü  ilə, 14 Dekabr 2021-ci il,  6 Aprel 2022-ci il, 22 may 2022-ci il,  31 avqust 2022-ci il, 6 oktyabr 2022-ci il tarixlərdə  keçirildi.

Rusiya və Avropa İttifaqı danışıqlardan sonra nizamlanma prosesi ilə bağlı Bəyanatlar verdilər. Müharibənin bitməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq  erməni işğalına son qoyulmayıb və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı məsələlər öz həllini tapmamışdır.

Danışıqlarda iştirak edən Avropa İttifaqı, Rusiya və Ermənistan kağızda “Sülh” tərəfdarı olduqlarını bildirir, əməldə isə hərəkətləri “Sülhü” pozmağa xidmət edir.

6 oktyabr 2022-ci il tarixində Praqada keçirilən dördtərəfli görüşə Azərbaycan tərəfinin Fransa prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq,  Fransanın Azərbaycanla  Ermənistan  arasında  münasibətlərə  heç bir aidiyyatı yoxdur. Fransa prezidenti ermənidən çox, erməni olmaq istəyir. Fransa bu danışıqlarda tərəf ola bilməz, çünki açıq-aydın ermənipərəst mövqe sərgiləyirək işğalçı ölkəni dəstəklədiyini nümayiş etdirir.  Fransa Minsk Qrupunun həmsədri kimi, onun vasitəçilik missiyası üçün mandatı olmuşdur, lakin Fransanın fəaliyyəti status-kvonun saxlanılması, işğalçını dəstəkləmək  və  separatşı rejim ilə mədəni-iqtisadi-siyasi əlaqələrin qurulmasına yönəldi.

6 oktyabr 2022-ci il tarixində Praqada qəbul olunan ortaq bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıdıqları qeyd olunur.

Bəyanatda “Ermənistan və Azərbaycan  BMT Nizamnaməsinə  və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”  cümləsi, Fransa prezidenti Makronun və Ermənistan baş naziri Paşinyanın  istəkləri əsasında salınması şübhəsizdir və qəbul edilməzdir.

Sərhədlərin  BMT Nizamnaməsi  və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun müəyyənləşdirilməsi qətiyyən qəbul edilməzdir.  Sərhədlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının təklif etdiyi 5 maddəlik Sülh Müqaviləsinin 4-cü maddəsinə uyğun, 1919-1920 – çi il illər xəritəsi əsasında müəyyən edilməsi vacibdir .

Tarixi arayış

23 avqust 1990-cı il tarixində Ermənistan SSR Ali Soveti, Ermənistanın Müstəqilliyi haqqında Bəyannaməni qəbul edib. Bəyənnamə Azərbaycan Respublikası, Dağlıq Qarabağ bölgəsini ilhaq etməyi nəzərdə tutur. Bəyannamənin preambulasında deyilir:

“Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, Ümumdünya İnsan Haqları Bəyannaməsinin prinsiplərindən çıxış edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi üçün öz məsuliyyətini dərk edərək, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə Fərmanı əsasında, 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi cəmiyyət yaratmaq məqsədi ilə müstəqil dövlət quruculuğu prosesinin başlandığını elan edir”.

İşğalçı Ermənistanın qəbul etdiyi Bəyənnamə bu gündə qüvvədədir. Ermənistan riyakarlıq edərək danışıqları uzatmaqla revanş götürməyi planlaşdırır.

Onu da qeyd edək  ki, bu bəyannamədə Türkiyə Cumhuriyyəti torpaqlarına da iddialar irəli sürülür:

Maddə 11. Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il,  “Erməni Soyqırımı”nın  beynəlxalq səviyyədə tanınması ilə bağlı çıxış edəcəkdir”.

Azərbaycan və Ermənistan varislik məsələsi

Azərbaycan

18 oktyabr 1991-ci il tarixində  “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi” haqqında Konstitusiya Aktı qəbul edildi.  Azərbaycan Respublikası özünü 1920-ci il, Sovet Rusiyası  tərəfindən  işğal edilərək  devrilən,  Azərbaycan Xalq Cumhuriyyətinin  varisi  elan etdi.

AXC, 1919-1920-ci illərdə Fransada keçirilmiş Paris Sülh Konfransında, qalib dövlətlər  tərəfindən 114 min kv/km ərazi ilə tanınmışdır.  15 yanvar 1920-ci ildə, Paris Sülh Müqaviləsinin yekunları ilə bağlı Azərbaycan nümayəndə heyəti   A.M.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndə heyəti İ.Çereteli və Z.Avalov,  Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nümayəndə heyətini Fransa Xarici İşlər Nazirliyinin baş katibi Jül Kambon, Böyük Britaniyanın nümayəndəsi Filip Kerr və İtaliya nümayəndəsi Markiz de la Torreta qarşıladılar. J. Kambon Azərbaycan Xalq Cumhuriyyətinin Beynəlxalq Hüquq normalarına uyğun olaraq, təqdim etdiyi 114 min kv/km ərazi ilə müstəqil dövlət  kimi, de-fakto  tanınması haqqında qərarın mətnini A.M.Topçubaşova təntənəli şəkildə təqdim etdi.

 Ermənistan

Ermənistan SSR Ali Soveti, 23 avqust 1990-cı ildə, Ermənistanın Müstəqilliyi haqqında qəbul etdiyi Bəyannamədə,  özünü  28 may 1918-ci ildə  qurulmuş Ermənistan dövlətinin varisi elan edib.

1918-ci il, Batum Sülh Konfransında dörd ölkə, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan  Sülh Müqaviləsi imzaladılar. Azərbaycan  xalqı  qonsuluq,  dinc yaşamaq  və sülh prinsiplərinə əsaslanan,  xoş niyyətli qərar qəbul edərək Qərbi Azərbaycan (indiki Ermənistan)  İrevan Quberniyası ərazisində 9 min kv/km həcmində, tarixdə ilk erməni dövlətinin yaranmasına razılıq verdi. Müavilənin şərtlərindən biri də ermənilərin gələcəkdə Qarabağ və Zəngəzura iddia etməyəcəyi  olmuşdur.

Qeyd olunanları  nəzərə  alaraq  Azərbaycan Respublikası  Milli Məclisi Beynəlxalq Hüquqa əsaslanaraq:

Azərbaycan Respublikasının,  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq,  Sovet Rusiyasının 1920-ci ildə, Azərbaycan torpaqlarının işğalından sonra xalqın razılığı  olmadan və iradəsinə zidd olaraq Ermənistana “hədiyyə” etdiyi 20 min kv/km ərazini geri tələb edə bilər. AR Milli Məclisi “28 aprel 1920-ci il, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı” məsələsini müzakirə edərək  tanımalıdır.

İmzalanmış Müqavilələr keçmişdə olduğu kimi, bu gündə işğalçı və faşist ermənilər tərəfindən imzalanmır, manipulyasiya edilir, qarşılıqlı ərazi bütövlüyü tanınmır.

Tarixi arayış

Sovet  Kommunist Rusiyası tərəfindən Azərbaycan xalqının iradəsinə zidd və razılığı olmadan ermənilərə “hədiyyə” etdiyi ərazilər:

 
  1. 1 dekabr 1920-ci il, Kommunist Rusiyası rəhbərliyinin qərarı ilə Azərbaycanın Zəngəzur qəzası Ermənistana verildi.
  2. 18 fevral 1929-cu il, SSRİ rəhbərliyinin qərarı ilə Naxçıvan aid olan 657 km2 ərazi – Qurdbulaq, Horyadiz, Oqbun, Almalı, İtqiran, Sultanbəy, Qarsevən, Kilid və sair kəndlər,  o cümlədən Zəngəlan rayonunun Nüvədi kəndi və Qazax rayonunun 4400 hektar meşə sahəsi Ermənistana verildi.
  3. 1930-cu il, SSRİ rəhbərliyinin qərarı ilə Naxçıvanın Aldərə, Lexvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilir və onların əsasında Meğri rayonu yaradılır.
  4. 1938-ci il, SSRİ rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
  5. 1947-1953-cü illər, SSRİ rəhbərliyinin qərarı ilə xaricdən gələn erməniləri yerləşdirmək üçün kompakt yaşadıqları ərazilərdən 150 min Qərbi Azərbaycan (indiki Ermənistan) türkü , Azərbaycan Respublikasının Mərkəzi Aran pambıqçılıq rayonlarına köçürüldü.
  6. 1969-cu il, SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisi, Qubadlı rayonunun Çayzəmi ərazisi, Qazax rayonunun Kəmərli kəndi ərazisi, Kəlbəcər rayonunun Zod ərazisi Ermənistana verildi.
  7. 1982-ci il, SSRİ rəhbərliyinin qərarı ilə  İncədərə yaylası, Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi Ermənistana verilir.
  8. 1986-cı il, SSRİ rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektar ərazisi Ermənistana verilir.
  9. 25 dekabr 1988-ci il, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən keçmiş sovet rəhbərliyinin havadarlağı və birpaşa iştirakı ilə erməni faşistləri 250 mindən çox türkü təhqir, qətliam, soyqırımlara məruz qoyaraq doğma torpaqlarından qovdu. Ermənilərin illərlə planladığı “Türksüz Ermənistan” projesi “mədəni”, “demokratik” ABŞ və Avropanın gizli dəstəyi ilə tamamlandı.
  10. 18 yanvar 1990-cı il, Erməni faşist silahlı quldur birləşmələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etdilər.
  11. 8 avqust 1991-ci il, Qərbi Azərbaycanın (indiki  Ermənistan)  sonuncu kəndi Nüvədini, Ermənistan rəhbərliyinin də iştirakı ilə quldur faşist dəstələri  viran qoyur. Kəndin dinc əhalisi döyülərək Ermənistandan qovulur.

XI Qızıl Ordu 28 aprel 1920-ci ildə, Azərbaycanı işğal edərkən Azərbaycan Xalq Cumhuriyyətinin ərazsi  15 yanvar  1920-ci ildə,  Paris Sülh Konfransında de-fakto tanınaraq 114 min kv/km olmuşdur.

Qərbi Azərbaycan (indiki Ermənistan) məsəli

Qərbi Azərbaycandan (indiki Ermənistan) Beynəlxalq İmperializmin mənəvi dəstəyi, erməni diasporunun maliyyə yardımı və SSSRİ  hökümətinin cinayətkar fəaliyyətsizliyi nəticəsində öz doğma torpaqlarından təhqir, təqib, etnik təmizləmə, qətliam, soyqırımlara məruz qalaraq qovulmuş insanların yurdlarına qayıtmağın zamanı gəlmişdir.

Qərbi Azərbaycan  (indiki Ermənistan) kökənli insanların tarixi torpaqlarına qayıtması məsələsi  həll edilmədən sülhə nail olmaq mümkün deyil.

Qərbi Azərbaycan (indiki Ermənistan) türkləri  qanunsuz olaraq Ermənistana verilmiş ərazilərin qanuni sahiblərinə qaytarılmasını tələb edir.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən qovulmuş insanların gələcək taleyi ilə bağlı qərar qəbul edilmədən, Ermənistanla heç bir sülh müqaviləsi imzalanmamalıdır.

Bir məsələ aydındır:

– Sovet Rusiyası və erməni faşistləri tərəfindən  cinayətkar iradəli siyasi qərar qəbul edilərək həyata keçirilib və suveren dövlətin – Azərbaycanın ərazisinə təcavüz edilib;

– “kommunist  beynəlmiləlçiliyi”  bəhanəsi ilə Sovet Rusiyasının kommunist rejimi beynəlxalq hüququ pozaraq,  işğal etdiyi əraziləri üçüncü tərəfə – Ermənistan Sovet Respublikasına “hədiyyə” edib;

-Sovet Rusiyası, Rusiya Federasiyası  və Ermənistan beynəlxalq hüququ pozaraq, bəşəriyyətə, insanlığa  qarşı cinayət törədib. İşğalçı Rusiya və işğalçı Ermənistan ordusu bu gündə Qərbi Azərbaycanda yerləşir;

– Rusiya Silahlı Qüvvələri  və işğalçı Ermənistan ordusunun orada  olmaq hüququ yox idi və bu gündə yoxdur, dərhal Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən çıxarılmalıdır.

Aşağıdakı huquqi sənədlərə əsaslanaraq:

– 28 may 1918-ci il tarixli,  Azərbaycanın İstiqlal Bəyannaməsi;

– 1918-ci il Batum  Sülh və Dostluq Müqaviləsi;

-Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyinin  de-fakto tanınması haqqında Antanta Ali Şurasının 1920-ci il, 15 yanvar tarixli qərarı;

– “Səlahiyyətlərin Kommunistlərə Verilməsi Haqqında” AXC Parlamentinin 27 aprel 1920-ci il tarixli qərarı.

Beynəlxalq Birliyin qəbul etdiyi:

-Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, 26 iyun 1945-ci il;

-Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 10 dekabr 1948-ci il;

– İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası, Roma, 4 noyabr 1950-ci il;

-26 dekabr 1933-cü il tarixli BMT-nin Dövlətlərin Hüquq və Vəzifələri Konvensiyası (“Montevideo Konvensiyası”);

– BMT-nin 9 dekabr 1948-ci il tarixli, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası;

– BMT-nin 26 noyabr 1968-ci il tarixli, “Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə iddia müddətinin tətbiq edilməməsi haqqında” Konvensiyası;

-BMT-nin 14 dekabr 1960-cı il tarixli, “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında” Bəyannaməsi;

– BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Bəyannaməsi, 20 noyabr 1963-cü il;

– 23 may 1969-cu il tarixli “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyası;

– 13 sentyabr 2007-ci il tarixli “Yerli xalqların hüquqları haqqında” BMT Bəyannaməsi;

– 12 noyabr 1984-cü il tarixli “Xalqların sülh hüququ haqqında” BMT Bəyannaməsi;

– 4 dekabr 1986-cı il tarixli “İnkişaf hüququ haqqında” BMT Bəyannaməsi;

– 18 dekabr 1992-ci il tarixli BMT-nin “Milli və ya etnik, dini və linqvistik azlıqlara mənsub şəxslərin hüquqları haqqında” Bəyannaməsi;

– BMT-nin “Milli və beynəlxalq səviyyələrdə qanunun aliliyi haqqında” Bəyannaməsi, 24 sentyabr 2012-ci il tarixli,  hüquqi sənədlərə  istinad edərək:

QƏRBİ AZƏRBAYCAN TÜRKLƏRİNİN TARİXİ TORPAQLARINA QAYITMASI ÖZ HƏLLİNİ TAPMALIDIR

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araşdırmalar Komisiyasının üzvü

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir