Rəşad Məcid: “Ekstremal şəraitdə çevik qərar qəbul etmək lider insanlara xasdır”

resadytnimetsur“Bakı-Qazax yolunun Lökbatan istiqamətində  su kəməri partlayıb, avtomağistralı su basıb. Bəlkə 10 kilometrlik tıxac yaranıb. Maşınlar addım-addım irəliləyir. Vəziyyətdən çıxış yolu tapmaq çevik ağıl tələb edir. Neyləməli? Qarşı su, arxa tıxac. Belə vəziyyətdə aiddiyyatı dövlət qurumları vəziyyəti təhlil edib düzgün qərar qəbul etməyi bacarmalıdırlar”.

araztv.com-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

R.Məcid qeyd edib ki, tıxacın qarşısını almaq üçün maşınları qarşı yola yönəltmək, yaxud vaxtında əhalini xəbərdar edib Şamaxı yolundan istifadəni tövsiyə etmək olardı: “Ekstremal şəraitdə çevik qərar qəbul etmək isə lider insanlara xasdır. İrəli düşmək, situasiyanı ələ almaq mühüm keyfiyyətdir”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir