BİABIRÇILIQ! Nurlana Həsənova məktəbin həyətində qoyun-quzu saxlayır

Screenshot 2022 10 14 130853

Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.

 araztv.com  32gun.az-a istinadən bildirir ki, məlumata görə, sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir