Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70 faiz endirimlə istifadə etmə fürsəti verir.
Bu barədə, “Nar”-dan araztv.com-a verilən məlumatda bildirilir ki, ingilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə, “FluentWorlds” və 7.70 AZN ödəməklə, “Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.
Məlumata görə, bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün, 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə, əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.
“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün, ətraflı məlumatı nar.az/fluentworlds və nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. “Nar” endirimi olmadan, “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə, 25.50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”-dan yükləmək mümkündür.
Ümumiyyətlə, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Son 3 ildə isə, “Nar” Müştəri Loyallığı İndeksinə görə, ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.