Ermənistan TŞ-nin katibi: “İlin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq”

c4ffa012e693303b814237304720a7fa850Bakı və İrəvan sülh sazişinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıblar.

araztv.com bildirir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.

“Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”, – o qeyd edib.

Qeyd olunub ki, bu barədə razılıq sentyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonda keçirilən görüşündə əldə olunub.

araztv.com xəbr portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir