Ruhəngiz Qasımova vəfat etdi

ruhenTanınmış bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib.

araztv.com   xəbər verir ki, 82 yaşlı bəstəkar bu gün vəfat edib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.

Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir