Deputatdan həbs olunan keçmiş icra başçısı haqqında açıqlama: “Hamımızda narahatçılıq yaradıb”

fazilıjpg 1595665128“Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatçılıq yaradıb”. 

araztv.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O bildirib ki, sabiq icra başçısı axtarışa Azərbaycan tərəfindən verilib: “1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi haçansa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə öz fədakar çalışmalarına davam edəcəkdir”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir