“Unibank” müştərilərin hesabına 900 manat köçürdü, sonra isə… – Nə baş verir?

unibank“Unibank”ın bir çox müştərinin kart hesabına 900 manat pul köçürdüyü iddia edilir. Bildirilir ki, bank sonradan məbləği müştərilərin hesabından silib.

araztv.com-ın xəbərinə görə bununla bağlı “Unibank”dan Pravda.az-a verilən açıqlamada məlumatın doğru olduğu təsdiqlənib.

Qeyd olunub ki, texniki problemlə əlaqədar bəzi müştərilərin balansına səhvən pul yüklənib: “Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib”.

Xatırlatma: Ötən il də “Unibank” müştərilərinə bənzər problemi yaşatmışdı. Bank həmin problemin də texniki səbəblərdən baş verdiyini demişdi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir